Mutunun başı dərddə - “Neftçi”də 4 problem birdən!

29 Sentyabr 2023 16:40 Neftçi 1 523
Mutunun başı dərddə - “Neftçi”də 4 problem  birdən!

Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olacaq.

Bakılılar Tovuzdakı görüşə ciddi itkilərlə yollanıb..

Belə ki, komandanın əsas siması Yuri Matias sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Emil Balayevin uzun müddətə sıradan çıxması hər kəsə məlumdur. Əsas heyətin digər iki üzvü Eddi İsrafilovla Ömər Buludov isə hələ də zədələrinin müalicəsi ilə məşğuldurlar.

İsrafilovla Buludovun oynaya bilməyəcəyi də dəqiqdir.

Sentyabrın 30-da keçiriləcək “Turan Tovuz” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar