
“Mən iddialı və özümə qarşı tələbkar insanam“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin müdafiəçisi Yuri Matias deyib.
Mövsümlərarası fasilədə “ağ-qaralar“ın sıralarına qoşulan braziliyalı legioner “azarkeşlər və futbol ictimaiyyəti bu komandadan nə gözləsin“ sualını belə cavablandırıb:
“Neftçi”nin yaxşı nəticələr qazanacağına, ümidləri doğruldacağına ümid edirəm. Öz adımdan deyim, meydanda olanda ölməyə belə hazıram.
Çünki yalnız və yalnız qələbə haqda düşünürəm, futbolu həyatımın bir parçası hesab edirəm. Bəlkə də bəzən sərtlikdən kobudluğa keçirəm, amma bunu da komandamın uğuru üçün edirəm.
Dediyim kimi, daha çox çalışmaqla “Neftçi”ni layiq olduğu yerlərə qaldıra bilərik. Əks halda, çətin olacaq“.