“Neftçi”dən ötrü ürəyi gedənlərə yaxınlaşıb üzr istəyən ADAM KİMİ ADAM

27 Sentyabr 2023 16:40 Neftçi 2 341
“Neftçi”dən ötrü ürəyi gedənlərə yaxınlaşıb üzr istəyən ADAM KİMİ ADAM

“Zirə” - “Neftçi” qarşılaşmasından sonra qonaq azarkeşlərin narazılığı anlaşılan idi.

Hakimin final fitindən sonra məşqçi və futbolçu heyəti fanatlara tərəf gəlib onlara təşəkkür etsə də, çox keçmədən narazılıq baş qaldırdı.

Müxtəlif şüarlarla etiraz edən bakılı futbolsevərlərın əsəblərinin soyumayınca, Yuri Matiası truibunanın önünə səslədilər. Braziliyalı müdafiəçiyə iradlarını bildirib, ondan 1:1-in səbəbini soruşdular.

Təxminən 2 dəqiqə davam edən dialoqda söhbətin nədən getdiyini, azarkeşlərin futbolçudan nə tələb etdiyini Matiasdan soruşduq.

28 yaşlı mərkəz müdafiəçisi Sportinfo.az-a bunları deməklə kifayətləndi:

“7 oyunda topladığımız 9 xal “Neftçi”nin adına yaraşmır. Azarkeşləri narazı salan məqam da budur. “Neftçi”nin futbolçususansa formanın haqqını verməlisən.

“Neftçi”nin azarkeşisənsə yaxşı nəticə istəməlisən, tələb etməlisən. Fanatlarımızın iradlarını və tələblərini yaxşı başa düşürəm.

O ki aramızdakı söhbətə, heç-heçəyə görə onlardan üzr istədim. Məndən vəziyyətin niyə belə olduğunu, nə vaxt düzələcəyini soruşdular.

Mən də onlara bir qədər səbr etməyi, komandaya dəstək verməkdə davam etməyi tövsiyə etdim. Dünyanın hər yerində belədir. Braziliyada da, Rumıniyada da.

Böyük klubların azarkeşləri nəticə istəyir, uğursuzluqla barışmır. Ümid edirəm ki, ən qısa vaxtda fanatlarımızı sevindirəcəyik”.

Yuri Matias cari Premyer Liqa mövsümündə meydana çıxdığı 7 oyunda 2 qolla yadda qalıb. O, hazırda “ağ-qaralar”ın ən məhsuldar futbolçusudur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti