“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür"

27 Sentyabr 2023 19:20 Neftçi 904
“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür"

“Neftçi” Rusiya Premyer Liqasının bəzi klublarından güclüdür”.

Sportinfo.az xəbər verir ki, bunu rusiyalı futbolçu İlya Kuxarçuk “Matchtv”yə müsahibəsində deyib.

33 yaşlı hücumçu 2020-2023-cü illərdə Rusiyanın “Ximki” klubunda birgə çıxış etdiyi Reziuan Mirzovun yay fasiləsində “Neftçi”yə transferini dəyərləndirib.

Kuxarçukun fikrincə, sabiq komanda yoldaşı doğru addım atıb:

“Mirzovun buradan ayrılmasına “Ximki”nin aşağı liqaya düşməsi də təsir göstərdi. Məncə, “Neftçi” layiqli seçimdir.

“Neftçi” çox güclü komandadır. Mirzov da yüksək keyfiyyətə malik oyunçudur. Ona uğurlar arzulayıram”.

Reziuan Mirzovun “Neftçi” ilə müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar