"Neftçi"də bombardir oldu, FİFA-ya şikayət etdi, məhkəmə qərar verdi – ŞOK GƏLİŞMƏ!

26 Sentyabr 2023 14:40 Neftçi 3 456
"Neftçi"də bombardir oldu, FİFA-ya şikayət etdi, məhkəmə qərar verdi – ŞOK GƏLİŞMƏ!

FİFA Neftçi” ilə bağlı yeni qərar çıxarıb.

Dünya futbol qurumu Bakı klubunu keçmiş legionerinə görə cərimələyib.

«Ağ-qaralar»dan şikayətçi düşən kim olsa, yaxşıdır? Buyurun, Tiaqo Bezerra!

2021-ci ilin sentyabrında Azərbaycana gəlmiş brazilyalı hücumçu 2022-ci ilin iyununadək burada qalıb. Cənubi amerikalı bu müddətdə 25 oyuna çıxıb, 10 qol vurub və bununla, "Neftçi"nin bombardiri olub.

Ölkəmizdən ayrılandan sonra Səudiyyə Ərəbistanına yollanan 36 yaşlı «sambaçı» "Əl-Aruba"ya keçib.

300 min dollar qarşılığında ölkəmizdə çıxış etmiş Bezerranın şikayəti müqavilə şərtləri ilə bağlıdır. O, «Neftçi»nin üzərinə götürdüyü öhdəlikləri yarımçıq yerinə yetirdiyini FİFA-nın diqqətinə çatdırıb.

Quruma göndərdiyi məktubda əməkhaqqı və mükafatlarını tam almadığını qeyd edib. Araşdırma aparan FİFA adıçəkilən legionerin iddiasının qismən təmin olunmasına dair qərar çıxarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM