Mutu "Neftçi"dəki bugününə görə kimlərə təşəkkür etməlidir?

26 Sentyabr 2023 19:40 Neftçi 1 676
Mutu "Neftçi"dəki bugününə görə kimlərə təşəkkür etməlidir?

Premyer Liqada 7 tur arxada qalıb.

“Neftçi” hələ də ümidləri doğrulda bilmir.

Aktivində 9 xalı olan komanda hazırda 6-cı pillədə qərar tutub.

“Ağ qaralar” bu matçlarda rəqib qapısından cəmi 6 qol keçirə bilib.

Bu, mövsümdə ən pis 3 göstəricidən biridir.

Yalnız sonuncu pillələrdə gedən “Qəbələ” və “Kəpəz” paytaxt klubundan 1 qol az vurub.

Acınacaqlı statistikanın daha pis tərəfi bu qolların necə vurulmasında gizlənir.

Təsəvvür edin ki, 6 qoldan yalnız birində məntiqi hücumun sonluğu qolla nəticələnib.

Kenni Sayef “Səbail”lə görüşdə (1:1) penaldan fərqlənib.

“Sabah”la qarşılaşmada (1:1) “Neftçi”nin qolun rəqib müdafiəçi Con İrasabal öz qapısından keçirib.

Nisbətən “Qəbələ”yə vurulan birinci qolda (2:0) 3 gedişli hücumu Rəhman Hacıyev qolla tamamlayıb. Həmin qolda isə rəqib qapıçının “payın" unutmaq olmaz. Bölgə klubunun qapısından ikinci qolu isə Yuri Matias standart vəziyyətdən sonra başla keçirib.

Bircə Sumqayıt səfərində Dieqo Valdezin 3 xal gətirən qoluna baxımlı, düşünülmüş hücum demək olar.

“Zirə”ilə sonuncu oyunda da “Neftçi”nin qolunu yenə Yuri Matias standart vəziyyətdən sonra başla rəqib qapısından keçirib.

Belədə ortaya haqqlı sual çıxır – Bəs arxada qalan bu qədər zaman kəsiyində Adrian Mutu yetirmələrinə nə öyrədib?

Ümumiyyətlə, öyrədibmi?

Ən azı fasilədə Qəbələ toplanışında olan kollektiv çempionata belə geridönüş etməli deyildi.

Belə mənzərə altında isə “Neftçi”nin indiki durumda olması heç kimi təəccübləndirməli deyil.

Əksinə, buna görə standart vəziyyətlərə (Ələlxüsus da Yuri Matiasa) və "Sabah"lı Cona təşəkkür düşür. Əks halda, vəziyyət daha acınacaqlı ola bilərdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar