Bu görüntü “Neftçi”nin adına heç yaraşmadı… FOTO

26 Sentyabr 2023 20:40 Neftçi 17 291
Bu görüntü “Neftçi”nin adına heç yaraşmadı… FOTO

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”nın ot örtüyü yararsız vəziyyətə düşüb.

Hələ yay aylarından müşahidə olunan nasazlıq yağışların yağması səbəbi ilə bir az da pisləşib.

Məhz bu səbəbdən “Neftçi”nin “Zirə” ilə 7-ci tura təsadüf edən oyununun yeri dəyişdirilərək rəqib meydanına salınıb.

Hazırda “Neftçi Arena”nin ot örtüyünün durumu biabırçı durumdadır. Renovasiya işlərinə sentyabrın ilk günlərindən start verilsə də, hələ ki, müsbət yöndə dəyişiklik nəzərə çarpmır.

Zirəlilərlə sentyabrın 23-nə nəzərdə tutulan qarşılaşmanın yeri dəyişdirilsə də, “ağ-qaralar” oktyabrın 8-də çempionatdakı əsas rəqibi olan “Qarabağ”ı doğma meydanda qəbul etməlidir.

Qazonun durumu elə səviyyədədir ki, problemin 2-3 həftə ərzində tam aradan qaldırılacağı möcüzəyə bənzəyir. Bəlkə də nisbətən uyğun duruma gətiriləcək. Və həmin matçda “Neftçi”ylə “Qarabağ”ın futbolçularının ayaqlarının altında qalan ot yenidən “canını tapşıracaq”.

Qarşıdan soyuq aylar gəlir, “Neftçi” boyda klub yayda olduğu kimi payızda da meydança sarıdan korluq çəkir.

Ölkənin ən köklu klubunun ev oyunlarını keçirdiyi stadionun otuna cavabdehlik daşıyan tapılmırsa, bu, rəzalətdir. Yox, cavabdehlər məsuliyyətin qarşısında cavab verə bilmirsə, bu, lap betərdir.

“Neftçi” bostanda oynamağı haqq etmir. “Neftçi” oyunun yerinin dəyişdirilməsi üçün rəqibinə minnətçi düşməyi haqq etmir. “Neftçi” bu vəziyyətdə olmağı haqq etmir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar