"Lukas Melano ilə birlikdə uşaq yaşlarında birlikdə oynamışıq. Onunla bir-birimizi yaxşı tanıyırıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Portuqaliyanın “Torreense” klubunun üzvü Xorxe Korrea deyib.
Argentinalı futbolçu "Neftçi"nin yeni transferi Lukas Melano haqda fikirlərini bildirib. 30 yaşlı futbolçu həmyerlisinin Bakı klubunda özünü sübut edəcəyinə inandığını dilə gətirib:
"Lukas uşaq yaşlarında da çox əla futbol oynayırdı. İndi yeni komandaya keçib.
"Neftçi" və Bakı haqda onunla danışdıq. Melanonun bu komandada uğurlu nəticələrə imza atacağına inanıram.
Sadəcə, adaptasiya olmalıdır, zamana ehtiyacı var. Çünki əla futbolçudur. "Neftçi"də aparıcı oyunçulardan biri ola bilər".
Xorxe “Velez Sarsfild”, “Maritimo”da oynadıqdan sonra 2021-ci ildə “Neftçi”yə keçmiş, amma qısa müddətdən sonra Azərbaycandan ayrılmışdı.

