“Neftçi”nin kapitanını “söhbət”ə çağırdılar - VİDEO

25 Sentyabr 2023 23:00 Neftçi 3 485
“Neftçi”nin kapitanını “söhbət”ə çağırdılar - VİDEO

“Neftçi” yenə qələbə üzünə həsrət qaldı.

“Ağ-qaralar”ı səfər matçında dəstəkləmək üçün bir qrup azarkeş Zirənin yolunu tutmuşdu.

Qonaqlar üstün oyun sərgiləsə də, yekunda bərabərlik qeydə alındı – 1:1.

Hakimin final fitindən sonra fanatların etirazı anlaşılan idi. Mövsümlərarası fasilədə baş məşqçi postuna Adrian Mutunu əyləşdirən, 11 futbolçu ilə güclənən komanda 7-ci oyunda cəmi 9-cu xalını qazanmışdı.

“Neftçi” azarkeşləri 2-3 saniyəlik söyüşə yer versə də, nə baş verdisə qəfil səsləri kəsildi. Futbolçular meydanı tərk edən anda isə onlar Yiuri Matiası tribunanın qarşısına səslədi.

“Ağ-qaralar”ın əməkdaşı Fərid Qarazadə də Matiasla birgə azarkeşlərə tərəf gəlib tərcüməçi funksiyasını yerinə yetirməyə çalışdı.

Fanatlar Yuridən bu cür oyunun və heç-heçənin səbəbini soruşdular, xərclənən pullarla bağlı məlumat verdilər, mövcud durumun onlar üçün qəbuledilməz olduğunu bildirdilər və yekunda ən qısa vaxtda vəziyyəti yaxşıya doğru dəyişməyəcəyi halda sərt addımlar atacaqlarını dedilər.

Matias da öz növbəsində daha yaxşısını etmək üçün çalışdıqlarını söyləyib, “Neftçi”nin adını yüksəkdə tutmaq üçün əllərindən gələnin ən yaxşısını edəcəklərini bildirdi.

Meydandan kənarda – komandanın avtobusunun yanında isə bir nəfər kapitana yaxnlaşıb “Emin, bu nə oyundur oynayırsız” iradını dilə gətirdi.

Mahmudovun cavabı maraqlı oldu: “Deyirsən, bu gün də pis oynadıq?”

Və beləcə, “Neftçi” növbəti matçında da xal itirməklə yuxarı pillələrə qalxmaq şansından istifadə edə bilmədi.

Bakılılar 7 turdan sonra 9 xal toplamaqla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar