Komandanı çökdürən şəxs və ya bir xətanın fəsadı

25 Sentyabr 2023 17:40 Neftçi 1 439
Komandanı çökdürən şəxs və ya bir xətanın fəsadı

“Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, bu cür qələbələr özünəinamı artırır”.

Bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” üzərində qazanılan qələbənin (1:0) komandaya təsiri barədə danışarkən deyib.

O, ”Səbail”lə oyunqabağı açıqlamasında psixoloji vəziyyətin qaydasında və nəzarətdə olmasına dair başqa fikirlər də dilə gətirmişdi.

İlk 40 dəqiqə Bağırovu yalançı çıxarmadı.

«Araz-Naxçıvan» bu müddətdə ev sahiblərindən üstün təsir bağışladı, qol epizodlarına girdi, hətta toru da silkələdi. Kurdiç fərqləndiyi epizodda ofsayda düşmüşdü deyə, yandan bayraq qalxdı, tablodakı rəqəmlər dəyişmədi.

Bəzən bir səhv bütün əziyyəti yerə vurur, komandanı oyundan «qoparır». Dünənki oyun da o oyunlardan biri kimi yaddaşlardan yazıldı.

İqor Ribeyronun tələsik halda yol verdiyi kobudluq ümumi axarı «Səbail»in xeyrinə dəyişdi və hesab açıldı.

«Araz-Naxçıvan» üçün qarşılaşma elə 44-cü dəqiqədə bitdi. Adam necə dəli-divanə olar, başını itirər e, bax, bu hala düşdülər, tükəndilər.

Müdafiəyə qapanan «Səbail»in qapıçısı Səlahət Ağayevi narahat etməyə taqətləri qalmadı.

Braziliyalı müdafiəçinin xətası komanda yoldaşlarını tamamən çökdürdü, Azər Bağırovun gecikən əvəzləmələri daldan atılan daşa bənzədi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar