“Neftçi”nin rəhbərliyindən ayrıldı, böyük şirkətdə də çalışmaq istəmədi

25 Sentyabr 2023 14:00 Neftçi 2 004
“Neftçi”nin rəhbərliyindən ayrıldı, böyük şirkətdə də çalışmaq istəmədi

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.

Bakı klubu bu barədə “feysbuk“ səhifəsi vasitəsilə paylaşım edərək, saytımızın 2 gün öncə yaydığı informasiyanı təsdiqləyib.

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”

Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb.

O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Elnur Eyvazov bundan sonra biznes sferasında çalışacaq. Bildiyimizə görə, ona SOCAR-da vəzifə təklif edilsə də, bununla razılaşmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar