Mutu 3 ay vaxt verdi – Özünü formaya sal, mənə sübut elə, yoxsa…

25 Sentyabr 2023 13:00 Neftçi 3 362
Mutu 3 ay vaxt verdi – Özünü formaya sal, mənə sübut elə, yoxsa…

"Neftçi" yayda heyətinə cəlb etdiyi Aaron Olanare ilə vaxtından əvvəl yolları ayıra bilər.

Baş məşqçi Adrian Mutu nigeriyalı hücumçudan kəskin narazıdır.

Artıq çəkisi olan forvardın məşqlərdə könülsüz çalışması rumıniyalı mütəxəssisin xoşuna gəlməyib. O, sözügedən forvarda özünü formaya salmaq üçün vaxt verib.

Olanare qarşıdakı 3 ayda əsas heyətə düşməyə layiq olduğunu isbatlamasa, qış fasiləsində yay əvəzedici heyətə göndəriləcək, ya da müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.

Avqustda 1 illik sözləşməyə imza atan Aaron Olanare son olaraq Türkiyədə "Ərzurumspor"un formasını geyinib. 29 yaşlı forvard 2016-2018-ci illərdə Moskva MOİK-inin şərəfini qoruyub.

O, buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.

Son 2 mövsümü “Ərzurumspor”da keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib. Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar