Mutunun "Neftçi"də problemləri haradan və kim(lər)dən başlayır?

24 Sentyabr 12:20 Neftçi 2 230
Mutunun "Neftçi"də problemləri haradan və kim(lər)dən başlayır?

«Neftçi»nin qələbəsizlik seriyası bu həftə də davam etdi.

Adrian Mutunun «ağ-qaralar»ı qara zolaqdan nə vaxt ağa çıxaracağını proqnozlaşdırmaq artıq çox çətin məsələdir.

Komandanın nəticələri kimi, oyunu da qeyri-sabitdir və mövcud durumun 3 ay əvvəl görəvə gəlmiş baş məşqçini sıxmasını görməkdəyik.

Rumıniyalı özünü iki məngənə arasında qalmış kimi aparır və narahatlıq içində yerində vurnuxur.

Onu qayğılandıran məsələlər çoxdur. Problemlərin başında yeni legionerlərin adaptasiya prosesinin ləng getməsi dayanır.

Mutu yavaş-yavaş ötənilki heyətə dönür və Zirə ilə dünənki qarşılaşmada Lorentsiu Regekampfın dönəmindən qalanlar meydanda üstünlük təşkil etdi.

Yayda alınan legionerlərin əsas qismi ya ehtiyatda qalmışdı, ya da ümumiyyətlə, iştirak ərizəsinə salınmamışdı.

«Neftçi» Zirədə özünü pis tərəfdən göstərmədi. Hardasa canlı oyuna yaxın bir performansla yadda qaldılar.

Fəallıq və istək öncəki həftələrə nisbətən daha qabarıq görsəndi. Yüzdəyüz qol epizodlarının sayı çox olmasa da, təhlükəli olmağa çalışdılar.

Özüm üçün müəyyənləşdirdim ki, Mutu gündəlik hazırlıq proseslərində standart vəziyyətlərin üzərində xeyli işləyir. Yuri Matiasın vurduğu qol da bunun bəhrəsidir.

Fəqət, hücum zonasında boşluqlar kifayət qədərdir və oyun epizodlarından fərqlənməyə əngəldir.

Andre Şinyaşiki? Atası yapon, anası braziliyalı olan bu forvardı deyə bilmərəm, Rezuan Mirzovun daha çox şans tanımağı haqq etdiyi qənaətindəyəm.

Lukas Melano isə hələ ideal formadan uzaqdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti