"Neftçi" - Zədəli futbolçuların son durumu bilindi

23 Sentyabr 2023 18:00 Neftçi 896
"Neftçi" - Zədəli futbolçuların son durumu bilindi

"Neftçi"nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı bununla bağlı klubun rəsmi saytına açıqlama verib.

Ş.Zöhrablı bildirib ki, zədəli futbolçulardan yalnız Emil Balayev bərpa prosesi keçir:

“Digər futbolçular, demək olar ki, artıq komanda ilə məşqlərə qoşulublar. Bəziləri fərdi, bəziləri isə ümumi qrupda hazırlaşırlar. Başqa zədəli futbolçumuz yoxdur”.

"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə qarşılaşacaq. Oyun saat 20:30-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar