
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinın aparıcısı Ceyhun Rzayev “Neftçi”nin baş məşqçisi Adrian Mutunu kəskin tənqid edib.
O, Konfrans Liqasından sonra Premyer Liqada da uğursuz nəticələrə imza atan rumıniyalı mütəxəssisin fəaliyyətinin komandanın ziyanına işlədiyini bildirib.
Tanınmış telejurnalist deyib ki, büdcənin xeyli artırmasına və 11 transfer əməliyyatına baxmayaraq, şərqi avropalı çalışdırıcı bura yeni nəfəs gətirməyib:
“Bu yay kifayət qədər çox legioner transfer olunub. Halbiki komanda avrokuboklarla vidalaşıb. Bir belə legionerdən harada istifadə edəcəksən?”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: