"Neftçi" bu hücumçulardan biriylə yaxın günlərdə müqavilə imzalamaq istəyir

23 Sentyabr 13:00 Neftçi 8 751
"Neftçi" bu hücumçulardan biriylə yaxın günlərdə müqavilə imzalamaq istəyir

«Neftçi» 12-ci transferi reallaşdırmaq yolunda növbəti addımı atmağa hazırlaşır.

Bu haqda redaksiyamıza paytaxt klubundan məlumat verilib.

Aldığımız informasiyaya görə, «ağ-qaralar» hücum xəttini daha da gücləndirməyi planlaşdırır:

«Hazırda iki legionerlə danışıqlar gedir. Onlar azad agent statusu daşıyır.

Bu hücumçulardan biriylə yaxın günlərdə müqavilə imzalamaq istəyirik».
Bakılılar bu mövsümə 11 yeni transferlə başlayıb.

Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare, Dieqo Valdez, Lukas Melano və Rizuan Mirzov «Neftçi» ilə müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti