“Neftçi”nin yeni baş məşqçisi Regeni orada da əvəz edəcək?

23 Sentyabr 2023 01:10 Neftçi 1 684
“Neftçi”nin yeni baş məşqçisi Regeni orada da əvəz edəcək?

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf yayda “sükanı arxasına” keçdiyi “Universitatya Krayova”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Al Tai” klubuna rəhbərlik edəcək.

Bu keçid üçün Regekampf Rumıniya klubuna 300 min avro təzminat ödəyib.

Rumıniya mətbuatının iddiasına görə, “Universitatya Krayova” rəhbərliyinin boş qalan baş məşqçi postuna əsas namizədi hazırda “Neftçi”ni çalışdıran Adrian Mutudur.

Bildirilib ki, Mutunun da “Neftçi”dən ayrılmaq ehtimalı var. “Ağ-qaralar”ın ardıcıl uğursuz nəticələrinin ardından onun istefaya göndərilməsi müzakirə mövzusuna çevrilib.

“Universitatya Krayova” Mutu ilə artıq ilk təmasını qurub. Rumınlar hazırda gənc mütəxəssisin “Neftçi”dəki durumunu izləyir.

Adrian Mutu yay fasiləsində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. O, məhz Regekampfı əvəzləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti