COP29

“Neftçi” rəhbərliyi baş məşqçi dəyişikliyinə gedəcəkmi? – SON XƏBƏR

22 Sentyabr 2023 13:00 Neftçi 3 415
“Neftçi” rəhbərliyi baş məşqçi dəyişikliyinə gedəcəkmi? – SON XƏBƏR

Rumıniya mediası “Neftçi”nin baş məşqçisi Adrian Mutu ilə bağlı yeni iddia ortaya atıb.

Bu ölkədən olan həmkarlarımız «ağ-qaralar»ın həmyerlilərini istefaya göndərməyə hazırlaşdığını yazıb.

“Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası Mutu ola bilər” başlıqlı məqalədə 44 yaşlı mütəxəssisə bir neçə matçlıq möhlət verildiyi bildirilir.

Vurğulanıb ki, komandanın avrokuboklarla erkən vidalaşması və Premyer Liqanın ilk 6 turunda 8 xal toplaması rəhbərliyi qane etmir.

Ancaq “ağ-qaralar”ı qarşıda ağır matçlar gözləyir. Belə ki, qarşıdakı turlardakı rəqiblər “Zirə”, “Turan Tovuz”, “Qarabağ” və “Səbail” olacaq.

Bu komandalar isə hazırda turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşıb. Həmin perioddakı uğursuz nəticələr Mutunun ilin sonuna yaxın istefası ilə nəticələnə bilər.

Neftçi” yönətimi yay fasiləsində 2 illik müqavilə imzaladığı rumından əlini üzməsi gerçəkliyə yaxındırmı?

Klubdan əldə etdiyimiz məlumata görə, rəhbərlik komandanın nəticələrindən narahatdır və bunu baş məşqçinin özüylə də bölüşüb.

Amma istefa məsələsi gündəmdə deyil və müzakirəyə çıxarılmayıb.

Müşahidə Şurasının üzvləri Mutunun vəziyyəti düzəldəcəyinə, onun həm gösəriciləri, həm də oyunu yaxşılaşdıracağına inanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti