“Neftçi” rəhbərliyi Mutuya bir neçə oyunluq möhlət verib?

21 Sentyabr 23:20 Neftçi 1 149
“Neftçi” rəhbərliyi Mutuya bir neçə oyunluq möhlət verib?

“Neftçi”nin baş məşqçisi Adrian Mutu istefaya göndərilə bilər.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə Rumıniya mətbuatı məlumat yayıb.

“Azərbaycan Premyer Liqasında mövsümün ilk istefası Mutu ola bilər”, başlıqlı məqalədə 44 yaşlı mütəxəssisə bir neçə matçlıq möhlət verildiyi bildirilir.

Vurğulanıb ki, komandanın avrokuboklarla erkən vidalaşması və Premyer Liqanın ilk 6 turunda 8 xal toplaması rəhbərliyi qane etmir.

Ancaq “ağ-qaralar”ı qarşıda ağır matçlar gözləyir. Belə ki, qarşıdakı turlardakı rəqiblər “Zirə”, “Turan Tovuz”, “Qarabağ” və “Səbail” olacaq.

Bu komandalar isə hazırda turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşıb. Həmin perioddakı uğursuz nəticələr Mutunun ilin sonuna yaxın istefası ilə nəticələnə bilər.

Adrian Mutu yay fasiləsində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."