"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yerini dəyişdilər

21 Sentyabr 2023 17:20 Neftçi 1 027
"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yerini dəyişdilər

Bir müddət öncə renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.

PFL tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi”nin rəsmi müraciətini, “Zirə”nin razılıq məktubunu əsas götürən PFL bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşlərinin yerini dəyişdirib.

Belə ki, şənbə günü baş tutacaq “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində gerçəkləşəcək. Oyun saat 20:30-da start götürəcək.

Bu qərar əvəzedici komandalara aid edilmir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”