“Neftçi“nin yeni transferi Bakıda restoran axtarır

20 Sentyabr 2023 16:20 Neftçi 2 600
“Neftçi“nin yeni transferi Bakıda restoran axtarır

“Azərbaycan xalqı çox mehribandır.

Dini Avropadakı adətlərdən tam fərqli olsa da, açıq və yardımsevərdirlər“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi“nin yeni müdafiəçisi Mark Tamaşa aiddir.

Üç ay öncə ölkəmizə təşrif buyuran macarıstanlı legioner Bakıda qarşılaşdığı xoş məqamları sadalayıb:

“Azərbaycan mətbəxi Türkiyə mətbəxinə bənzəyir. Amma mədəm quzu ətini çox sevmir.

Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir.

Bakıda hələ də macar restoranı tapmamışam. Burada yaşayan çox macar tanımıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar