"Neftçi"nin problemi yarandı, iki təklif verdi, araşdırma başladı

20 Sentyabr 11:40 Neftçi 2 526
"Neftçi"nin problemi yarandı, iki təklif verdi, araşdırma başladı

«Neftçi» Premyer Liqanın 7-ci turunda «Zirə» ilə üz-üzə gələcək.

Təqvimə əsasən, oyun sentyabrın 23-nü təyin olunub.

«Ağ-qaralar» matçöncəsi ciddi problemlə üzləşib. Belə ki, komandanın ev oyunlarını keçirdiyi «Neftçi Arena»nın meydançası yararsız hala düşüb.

Yaxınlarda Bakıya normadan artıq yağışın düşməsi qazonun durumunu pis vəziyyətə salıb. «Neftçi» bu səbəbdən Peşəkar Futbol Liqasına (PFL) müraciət edib və qarşılaşmanın yerinin dəyişdirilməsini istəyib.

Paytaxt təmsilçisi bu görüşün ya Bakı Olimpiya Stadionunda, ya da «Dalğa Arena»da təşkilinin tərəfdarıdır.

PFL hazırda məsələni öz nəzarətinə götürüb və məkanla bağlı aravşdırma aparır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."