“Neftçi” ilə yayda müqavilə bağladı, Bakının kənarında ev aldı

19 Sentyabr 2023 23:20 Neftçi 4 530
“Neftçi” ilə yayda müqavilə bağladı, Bakının kənarında ev aldı

“Şəhərin kənarından ev aldıq, sakit və təmiz yerdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Mark Tamaş deyib.

30 yaşlı mərkəz müdafiəçisi yay fasiləsində Rumıniya klubu “Sepsi”dən “ağ-qaralar”a keçidi haqda danışıb.

Macarıstanlı transfer Bakıda yaşamağın onlar üçün çətin olmadığını bildirib:

“Uşaq bağçası ingilis dilində olduğu üçün qızımızın bura uyğunlaşmasında problem yoxdur. Gələn il burada ibtidai məktəbin birinci sinfinə uyğun gələn üçüncü qrupa başlayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar