“Neftçi”ni Mutuya görə seçdim, xanımım, kiçik qızım və iki itimizlə Bakıya köçdük“

19 Sentyabr 13:40 Neftçi 436
“Neftçi”ni Mutuya görə seçdim, xanımım, kiçik qızım və iki itimizlə Bakıya köçdük“

“Neftçi”ni baş məşqçi Adrian Mutuya görə seçdim”.

Sportinfo.az xəbər verir ki, bunu “sportal.blikk.hu” saytına müsahibəsində “Neftçi”nin futbolçusu Mark Tamaş deyib.

Tamaş “Neftçi” ilə 2 illik müqavilə bağlayıb. 30 yaşlı müdafiəçi yay fasiləsində Rumıniya klubu “Sepsi”dən “ağ-qaralar”a keçidini dəyərləndirib:

“Əvvəllər “Sepsi”nin heyətində Rumıniya çempionatında Mutunun komandasına qarşı oynamışam. Ola bilsin ki, məni unutmayıb.

Sabiq komandam “Şlask” da məni istəyirdi, amma polşalıların təklifi rəhbərliyin ürəyincə olmadı. Həyat yoldaşım, kiçik qızım və iki itimizlə birlikdə Bakıya köçdük.

“Neftçi”ni gələcək üçün böyük fürsət saydığım üçün seçimi bu komandanın lehinə etdim. Biz “Qarabağ”ın səviyyəsinə çata bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu