Ərəblər "Neftçi"nin sabiq baş məşqçisi üçün 330 min avro ödədi

19 Sentyabr 2023 22:40 Neftçi 2 204
Ərəblər "Neftçi"nin sabiq baş məşqçisi üçün 330 min avro ödədi

"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniyada "Universitatya Krayova"dan ayrılır.

Sportinfo.az yerli "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Adı açıqlanmayan klub onun müqaviləsinin ləğvi üçün 330 min avro ödəyib. Regekampf bu gün sözügedən ölkəyə yollanacaq.

2022/2023 mövsümündə "Neftçi"də işləyən mütəxəssis iyulun sonlarında "Universitatya Krayova"nın "sükanı arxasına" keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar