“Neftçi”nin "yoxa çıxan" rəsmilərdən xəbər var: Biri yataqdadır, o biri toya hazırlaşır

18 Sentyabr 20:40 Neftçi 2 613
“Neftçi”nin "yoxa çıxan" rəsmilərdən xəbər var: Biri yataqdadır, o biri toya hazırlaşır

“Neftçi”nin “Araz-Naxçıvan”a məğlubiyyətindən sonra (0:1) “ağ-qaralar”ın baş məşqçi Adrian Mutu jurnalistlərin suallarını cavablandırdı.

Rumıniyalı çalışdırıcının yenilgi ilə bağlı deyəcəkləri izləyicilər üçün hər nə qədər maraqlı idisə, bizim üçün klubun sözçüsünün və tərcüməçisinin baş məşqçinin yanında əyləşməməsi əsas sual idi.

Hər dəfə mətbuat konfransını açıq elan edən “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, eləcə də tərcüməçi Vüqar Əliyev ənənəvi yerində deyildi.

İki vacib adamın birdən yoxa çıxdığını görəndə ağla ilk gələn klubda aparılan islahatlar oldu. Ki, yeni rəhbərliyin kadr dəyişikliyinə getməsi dostlarımızın işini itirməsinə səbəb olub. Amma yox...

Maraqlandıq və məlum oldu ki, hər ikisinin özünə görə səbəbi var. Allahverdiyev sağlamlığındakı narahatlığa görə müəyyən müddətə işləməkdən məhrumdur. Əliyev isə xeyir işə hazırlaşır deyə, icazəlidir.

Qısası, “Neftçi”də aparılan kadr islahatlarının mətbuat xidmətindəki dostlarımıza aidiyyəti yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu