“Neftçi”nin okeanın o tərəfindən gətirdiyi hücumçuya ödəyəcəyi maaş bilindi

16 Sentyabr 2023 20:40 Neftçi 2 938
“Neftçi”nin okeanın o tərəfindən gətirdiyi hücumçuya ödəyəcəyi maaş bilindi

Bu gün “Neftçi”nin heyətində debüt edən Lukas Melanonun qazancı bəlli olub.

Bəribaşdan deyək ki, 1+1 illik müqavilə imzalayan argentinalı hücumçu “ağ-qaralar”ın ən ödənişli legioneri deyil.

30 yaşlı forvard burada keçirəcəyi hər aya görə 22 min dollar əməkhaqqı alacaq.

Bakılılar bu transfer müqabilində “Sarmiento”ya təzminat ödəyib. Buenos-Ayres komandası 50 min dollar qazanc əldə edib.

Halbuki qarşı tərəf danışıqların ilkin mərhələsində 200 min dollara yaxın pul istəyib. Azərbaycana can atan Melano «Neftçi» naminə fədakarlıq göstərib. “Sarmiento”nun ona olan maaş borcundan keçib.

Sonuncu klubu “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar