Qara Qarayev: “Neftçi”də heç bir problem yaşamamışam, bura alışmışam”

16 Sentyabr 2023 09:20 Neftçi 1 585
Qara Qarayev: “Neftçi”də heç bir problem yaşamamışam, bura alışmışam”

"Komandaya və oyun sisteminə tam uyğunlaşmışam".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin dayaq yarımmüdafiəçisi Qara Qarayevə aiddir.

Bu yay "Qarabağ"dan ayrılaraq Bakı təmsilçisinə keçən millinin sabiq üzvü artıq komandaya tam uyğunlaşdığını deyib:

"Buradakı atmosfer, azarkeşlərin münasibəti adaptasiya dövrünü daha sürətli edir, futbolçuların özünü komfortlu zonada hiss etməsinə kömək olur.

Bununla bağlı heç bir problem yaşamamışam. İlk günlərdə bir az hiss edirdim ki, fərqli atmosfer, yeni oyunçular var.

Amma bu, çox qısa zaman oldu. İndi hər şey qaydasındadır. Komandanın futbol biliyinə, ideyasına tam alışmışam.

Fikrimcə, gələn futbolçuların hamısı artıq bu dövrü keçiblər. Problemimiz yoxdur. Ancaq matçlara, nəticəyə köklənmişik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM