"Neftçi" tanınmış hücumçuya son təklifini etdi - Qiymətdə aşağı düş!

15 Sentyabr 2023 16:00 Neftçi 7 306
"Neftçi" tanınmış hücumçuya son təklifini etdi - Qiymətdə aşağı düş!

Transfer bazarında hərəkətli dönəm keçirən «Neftçi» Aleksa Vukanoviçə fikirləşmək üçün vaxt verib.

Serbiyalı hücumçunun «ağ-qaralar»ın bu yay sıralarına qatacağı 12-ci futbolçu olmaq ehtimalı var.

Bunun üçün o, maliyyə şərtlərində güzəştə getməlidir.

«Herceqovac Qajdobra»nın yetirməsi hazırda azad agent statusu daşıyır. Bakılılar Vukanoviçi hələ yayın əvvəlində sıralarına qatmağa cəhd göstərib.

Balkanlı həmin vaxt 500 min dolların üzərində müqavilə tələb edib və danışıqlar bu səbəbdən xeyli uzanıb. Adrian Mutu daha sonra onun transferini arxa plana çəkib.

Aleksa başqa klublarla ortaq xil tapmadığından, bugünlərdə yenidən «Neftçi» rəsmiləri ilə əlaqə yaradıb və Azərbaycana gəlməyə razı olduğunu bildirib.

Ona çatdırılan son söz isə budur - çox pul istəyirsən, qiymətdə xeyli düş.

Serbiyalının qəti qərar verməsi üçün bir neçə gün vaxtı qalıb.

31 yaşlı forvard ötən illər ərzində yerli «Kelarevo», «Backa», «Napredak Krusevac» və «Red Star Belgrad»ın formasını geyinib.

2022-ci ildə Çindən gələn təklifi qəbul edib və «Meyzu Hakka»ya yollanıb.

Bu ilin əvvəlində isə Qətərə üz tutub və «Umm Salal»la müqavilə imzalayıb. Balkanlı legoner geridə qalan müddətdə cəmi 4 oyuna çıxıb və 1 qol vurub.

“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar