"Neftçi" yeni transferi ilə neçə illik müqavilə imzaladı?

14 Sentyabr 2023 01:00 Neftçi 1 233
"Neftçi" yeni transferi ilə neçə illik müqavilə imzaladı?

“Neftçi”nin hücumçu Lukas Melano ilə müqavilə bağladığı haqda məlumat vemişdik.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir.

30 yaşlı forvard "ağ-qaralar"ın heyətində 16 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar