“Neftçi”lilərin sevimlisi Bakıya kefikök qayıdır

13 Sentyabr 2023 20:40 Neftçi 3 703
“Neftçi”lilərin sevimlisi Bakıya kefikök qayıdır

KONKAKAF Millətlər Liqasında növbəti turun oyunları keçirilib.

“Neftçi”nin aparıcı futbolçularından olan Kilian Lebon da sözügedən turnirdə meydana çıxıb.

San-Martin millisində debüt edən cinah yarımmüdafiəçisi sentyabrın 8-də Anqoliya ilə baş tutan görüşdə start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib

. Komandasının 6:0 hesabı ilə qalib gəldiyi matçda Lebon ən fəallardan olub ki, vurulan qolların 3-də yaxından iştirak edib.

Sentyabrın 12-də Bonayre seçməsi ilə dueldə Kilan yenə “11-lik”də görünüb. San-Martin millisi 67-ci dəqiqədə hesabda geri düşsə də, sonradan vurulan qollar hesabına 2:1 hesabı ilə qalib gəlib.

“Neftçi”lilərin sevimlisi 49-cu dəqiqədə sarı vərəqə almaqla yanaşı, bərabərlik qolunda pay sahibi olub.

A qrupunda yer alan San-Martin yığması topladığı 6 xalla qrup lideridir.

26 yaşlı futbolçu sabah Bakıya qayıdıb, “ağ-qaralar”ın “Araz-Naxçıvan”la oyununun hazırlıqlarına qoşulacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar