"Neftçi" 311-ci pilləyə düşdü - Yeni reytinq açıqlandı

13 Sentyabr 2023 07:40 Neftçi 579
"Neftçi" 311-ci pilləyə düşdü - Yeni reytinq açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) avqust ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 405 klubun yer aldığı siyahıda Azərbaycandan “Qarabağ”, “Neftçi” və “Sabah” yer alıb.

Yeni reytinqə əsasən, Ağdam təmsilçisi 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionu “Kopenhagen”i (144 xal) qabaqlayıb. Tanzaniyanın “Yanq Afrikans” klubu isə (145,5) “Qarabağ”dan yuxarı pillədədir.

Daha əvvəl 337-ci olan “Sabah” 286-cı pilləyə yüksəlib (64,5 xal). “Bayquşlar”ın arxasında eyni xala malik 11 komanda (hər biri 64) var ki, bunlar arasında Niderlandın “Utrext”, Fransanın “Monpelye” və “Strasburq”u göstərmək olar.

"Neftçi” isə “Tirana” ilə bölüşdüyü 298-ci yerdən 311-ci yerə (62,75 xal) düşüb. Bakı təmsilçisindən öndə isə “Rapid” (Buxarest), “Spartak” (Trnava) və “Daequ” (hər biri 63) klubları da daxil olmaqla səkkiz klub bölüşür.

Ayın ən yaxşı klubu isə "Mançester Siti"dir (312).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar