"Neftçi"də rəsmən işə başladı, klub prezidenti postundan ayrıldı

12 Sentyabr 2023 14:00 Neftçi 3 387
"Neftçi"də rəsmən işə başladı, klub prezidenti postundan ayrıldı

Tanınmış FİFA meneceri Kamil Məmmədov II Liqada mübarizə aparan «Qusar»ın prezidenti vəzifəsindən ayrılıb.

O, 4 il öncə yaratdığı klubdan «Neftçi»yə görə istefa verib.

Vaxtilə «Olimpik» və «Standart»ın əsasını qoymuş agent artıq yeni iş yerində fəaliyyətə başlayıb. K.Məmmədov bu aydan etibarən rəsmi surətdə «ağ-qaralar»ın rəhbərliyində təmsil olunur.

Müşahidə Şurasının qərarıyla «Neftçi»də idman məsələləri ilə bağlı bütün səlahiyyətlər ona verilib.

Təcrübəli menecer-idarəçi əsas komandaya məsuldur. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM