“Neftçi”yə gəlmək üçün maaş borcunu istəmədi, özünü Bakıya yetirdi

12 Sentyabr 2023 11:00 Neftçi 10 849
“Neftçi”yə gəlmək üçün maaş borcunu istəmədi, özünü Bakıya yetirdi

“Neftçi”nin yeni transferi Lukas Melano bu gün Azərbaycana gəlib.

Argentinalı hücumçu tibbi baxışdan keçəndən sonra 1+1 illik müqaviləyə imza atacaq.

«Ağ-qaralar» transfer müqabilində “Sarmiento”ya təzminat ödəyib. Buenos-Ayres komandası 30 yaşlı forvardla sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Halbuki qarşı tərəf danışıqların ilkin mərhələsində 200 min dollara yaxın pul istəyib. Azərbaycana can atan Melano «Neftçi» naminə fədakarlıq göstərib. “Sarmiento”nun ona olan maaş borcundan keçib.

O, daha öncə yerli “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar