“İnsanıq, futbolçuyuq, bəlkə də meydanda düşündüklərimi tam şəkildə həyata keçirə bilmirəm, nəsə alınmır və buna görə tənqid olunuram.
Amma mən də sizdən biriyəm, azərbaycanlıyam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.
O, “ağ-qaralar”ın heyətində azarkeşlərin və özünün istədiyi səviyyədə oynamamasının fərqindədir. Ancaq hər imkanda tənqid olunması onu narahat edir:
“Bir futbolçunun üstünə bu qədər getmək nəyə lazımdır axı? Azarkeşin işi tənqid etməkdir.
Başa düşürəm, zəif oynayanda tənqid etmək olar. Lakin kiminsə adamı olmağım haqda yazılanlar mənə çox pis təsir edir”.

