"Neftçi" mənə konkret təklif irəli sürmədi, bilmirəm, problem nədə idi”

11 Sentyabr 2023 20:20 Neftçi 2 165
"Neftçi" mənə konkret təklif irəli sürmədi, bilmirəm, problem nədə idi”

"Neftçi"nin maraq dairəsinə düşmüş xorvatiyalı Marko Duqandziç Səudiyyə Ərəbistanının "Əl-Tai" klubuna transfer olunub.

Sportinfo.az xəbər verir ki, Rumıniya mətbuatı bunadək "Rapid-1923"də oynamış 29 yaşlı mərkəz hücumçusunu Azərbaycan klubunun almaq istədiyini yazıb.

"Neftçi"nin hazırkı baş məşqçisi Adrian Mutu Bakıya gələnə qədər məhz "Rapid-1923"ü çalışdırıb.

Marko Duqandziç jurnalistlərə müsahibəsində "Neftçi"nin onunla maraqlandığını təsdiqləsə də, onlardan konkret təklif almadığını da deyib.

"Neftçi" konkret təklif irəli sürmədi. Bilmirəm, problem nədə idi. "Əl-Tai" isə daha tez tərpəndi.

Bu kluba keçdiyimə görə çox xoşbəxtəm. Mən Səaudiyyə Ərəbistanı liqasının bombardiri olmağa hazıram" - deyə o qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar