Keçmiş baş məşqçidən ŞOK AÇIQLAMA! “Dedilər ki, biz “Neftçi”yə pul qazanmağa gəlmişik” - VİDEO

11 Sentyabr 2023 17:40 Neftçi 2 729
Keçmiş baş məşqçidən ŞOK AÇIQLAMA! “Dedilər ki, biz “Neftçi”yə pul qazanmağa gəlmişik” - VİDEO

Tərlan Əhmədov 2018-2019-cu illərdə baş məşqçisi olduğu “Neftçi”nin ovaxtkı rəhbərliyini kəskin tənqid atəşinə tutub.

Hazırda heç bir yerdə çalışmayan mütəxəssis yaxşı işlədiyinə və ona təklif edilən legionerləri komandaya götürmədiyinə görə buradan uzaqlaşdırıldığını bildirib:

“Neftçi”də fəaliyyətə başlayandan sonra işlər normal gedirdi, yeni rəhbərlik gəldi. Biri dedi ki, bilmirik bir ay qalacağıq, beş ay qalacağıq, bura pul qazanmağa gəlmişik.

Karikari, Braliç kimi legionerlər mənə təklif olunmuşdu, götürməmişdim. Demişdim ki, onlar “Neftçi”yə layiq deyillər.

Mən gedəndon sonra hamısını “Neftçi”yə aldılar, 6 ya keçdi, göndərdilər. Deyirlər ki, Tərlan rəhbərliklə yola getmir.

Halbuki az büdcə ilə nəticə qazanırdıq, yaxşı oyun göstərirdik. Bu da kimlərəsə mane olurdu”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM