“Neftçi” Türkiyənin tanınmış brendləri ilə əməkdaşlıq etməkdə maraqlıdır

11 Sentyabr 2023 16:40 Neftçi 923
“Neftçi” Türkiyənin tanınmış brendləri ilə əməkdaşlıq etməkdə maraqlıdır

Yaxın gələcəkdə “Neftçi” ilə əməkdaşlığa qol qoyan xarici şirkətlərin adına aydınlıq gəlməlidir.

Hər ikisi Türkiyədə nüfuz sahibi olan şirkətlərdir.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev bir neçə günlük səfər etdiyi İstanbulda sponsorluq əməkdaşlığı mövzusunda işlər aparıb.

Allahverdiyev “Türk Hava Yolları”nı “Neftçi”yə “qaytarmaqla” bağlı danışıqlarda iştirak edəndən sonra klubla əməkdaşlıq müqaviləsi başa çatacaq AVİS, həmçinin 3 illik anlaşma əldə etdikləri “Liv Hospital” rəsmiləri ilə görüşüb.

Lakin səfərin məhsuldarlığı bununla bitməyib. Sənaye şəhərinə səfəri fürsət bilən klub rəsmisi daha iki şirkətin nümayəndələri ilə eyni masa arxasında əyləşib.

Biri vaxtilə ölkəmizlə nisbətən əlaqələri olmuş, digəri indiyə qədər Azərbaycan bazarında görünməmiş brenddir. Təəssüf ki, heç birinin adına aydınlıq gətirə bilmədik.

Rüstəm bəy şirkət nümayəndələrinə “Neftçi”nin tarixi və hazırkı durumu barədə məlumat verib, əməkdaşlıqla bağlı planlardan söz açıb. Şirkətlərin rəsmiləri zamana ehtiyac duyduqlarını deyərək, bir müddət gözləməyi tövsiyə edib.

Odur ki, yeni ilin əvvəlinə qədər “Neftçi”də yeni sponsorlar görsəniz, təəccüblənməyin.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar