«Neftçi»nin kapitanı Emin Mahmudov növbəti dəfə Qara Qarayevə dəstək olub.
Komandanın lideri «Qarabağ»dan gələn dostu ilə bağlı Adrian Mutu ilə söhbət edib.
Yarımmüdafiəçi baş məşqçidən ona daha çox inanmasını xahiş eləyib.
Bildirib ki, Qarayev keçmiş klubunda oyun praktikası sarıdan korluq çəkib, üstəlik, «Neftçi»yə tam uyğunlaşmayıb və bu, istər-istəməz tam formaya düşməsinə bir qədər mane olur.
Mahmudov rumıniyalı çalışıdırıcıya deyib ki, Qaranın komandaya faydası çox dəyəcək, sadəcə, bunun üçün müəyyən vaxt lazımdır.
Kapitan xatırladıb ki, dostu istəsəydi, yenə də «Qarabağ»da qalardı, amma ona verdiyi sözə görə «Sabah»ın təklifini geri çevirib, «Neftçi»yə üstünlük verib: «Mən onu dəvət edəndə demişəm ki, narahat olma, burada oynayacaqsan».
SPORTİNFO.AZ

