“Biz “Neftçi”yik və həmişə hamıya örnək olmalıyıq” – YENİ GƏLƏN

10 Sentyabr 2023 16:05 Neftçi 1 586
“Biz “Neftçi”yik və həmişə hamıya örnək olmalıyıq” – YENİ GƏLƏN

"Düzdür, avrokubok matçları ilə çempionat oyunlarına gələn azarkeş sayı arasında böyük fərq var, amma bu, başqa Avropa ölkələrində də belədir”.

“Neftçi”nin braziliyalı yeni müdafiəçisi Yuri Matias Sportinfo.az-a açıqlamasında belə deyib.

Yayda “ağ-qaralar”la 2 illik müqavilə bağlayan legioner azarkeşlərə çağırış edib:

“Yaxşı oynasaq, azarkeşlər stadionu doldurmağa başlayacaq. Mən də onları komandaya dəstək olmağa çağırıram.

Gəlin, dəstək olun, birlikdə qələbələr qazanaq. Biz “Neftçi”yik və həmişə hamıya örnək olmalıyıq.

Bütün futbolçular dolu tribunalar önündə oynamağı xoşlayır. Bu, mənə də aiddir.

Stadionda çoxlu azarkeş görəndə, istər-istəməz motivasiyamız daha da artır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar