“Neftçi” Çempionlar Liqasına sponsorluq edən şirkətlə anlaşmaq istəyir

8 Sentyabr 2023 20:00 Neftçi 2 824
“Neftçi” Çempionlar Liqasına sponsorluq edən şirkətlə anlaşmaq istəyir

“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Türkiyədən işgüzar səfərdən qayıdıb.

Qardaş ölkəyə bir neçə günlük səfər edən klub rəsmisi İstanbulda olduğu müddətdə tanınmış şirkətlərin əməkdaşları ilə görüşüb, davam edən və mümkün əməkdaşlıqlar haqda müzakirə aparıb.

Allahverdiyev Sportinfo.az-a açıqlamasında səfər təəssüratlarını bölüşüb:

“Bildiyiniz kimi, “Türk Hava Yolları” ilə əməkdaşlığımız dayandırılıb. Əsas məqsədlərimizdən biri sözügedən şirkətlə əməkdaşlığı bərpa etməkdir.

“Türk Hava Yolları” Çempionlar Liqası ilə sponsorluq müqaviləsi bağladığından reklam xərcləri xeyli artıb. Bu mənada onları başa düşürük.

Yeni əməkdaşlıqla bağlı sorğumuzda imtina cavabı almışdıq. Lakin bu məsələni yenidən gündəmə gətirdik.

Yeni təkliflər paketi hazırlayıb şirkətə təqdim edəcəyik. Hansı cavab alacağımızı yaxın həftələr göstərəcək.

Bununla yanaşı AVİS və “Liv Hospital” rəsmiləri ilə də görüşlərimiz oldu. AVİS-lə əməkdaşlıq müqaviləsinin başa çatmasına az qalıb.

Onlarla da yeni sözləşmə barədə müzakirəmiz oldu. Hələ ki, yekun qərar yoxdur.

Bu şirkətə də təkliflər paketi ilə müraciət etmişik. Hansısa yenilik olacağı halda bu barədə ictimaiyyətə məlumat veriləcək.

“Liv Hospital”la 3 illik anlaşmamız var. Yeni mövsümdə hansı formada əməkdaşlıq edəcəyimiz, hansı xidmətləri göstərə biləcəyimiz, ötən mövsüm hansı məsələlərdə ortaya probemlərin çıxması mövzusunda müzakirələrimiz oldu”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar