“Neftçi” Argentina klubuna nə qədər təzminat ödəyib?

8 Sentyabr 2023 13:20 Neftçi 1 944
“Neftçi” Argentina klubuna nə qədər təzminat ödəyib?

Lukas Melanonun “Neftçi”yə keçidinin detalları açıqlanıb.

Sportinfo.az-ın “semanariodejunin.com.ar” saytına istinadən məlumatına görə, Bakı klubu Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 30 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək Lukas Melano daha sonra rəsmi müqaviləyə qol çəkəcək.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan hücumçu Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar