Əksər Premyer Liqa klubunun ev oyunlarında ciddi azarkeş boşluğu hiss olunur.
Xüsusilə Bakıda baş tutan matçlarda azarkeş qıtlığı qabarıq gözə çarpır.
Bəzən qarşılaşmalara vur-tut 200-300 tamaşaçı ancaq gəlir.
Boş tribunalar adama gəl-gəl deyir.
Amma tam tərs mənzərə il üz-üzə qalan klublarımız da var.
Məsələn, “Sumqayıt” komandası kimi.
“Kimyaçılar”ın matçlarına böyük maraq var.
Sumqayıtda da başqa problem var. Belə ki, azarkeş var, amma stadiondan baxmağa yer tapılmır.
Əslində yarım milyonluq futbol şəhərinin azarkeş ehtiyacını indiki halda tam qarşılayacaq stadion“Kapital Bank Arena”nın bir neçə metrliyində yerləşir.
Söhbət 6 aydan çoxdur tam təmir olunan, amma hələ də açılışı edilməyən 9500 nəfərlik Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan gedir.
Ora buraxılmayan komanda hələ də “Kapital Bank Arena”nın ümidinə qalıb.
Belədə oyunlar zamanı narazılıq qaçılmaz olur.
Buna son turun “Neftçi” ilə görüşündə (0:1) növbəti dəfə əyani şahid olduq.
Matçın keçirildiyi “Kapital Bank Arena”nın tribunları tam dolunca (1326 nəfər) giriş qapıları çox sayda fanatın üzünə bağlandı.
Çarəsiz qalan tərəfdarlar narazı halda geri dönməyə məcbur oldular.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları özündə əks etdirən görüntüləri sizə təqdim edirik:

