O, "Neftçi"dən imtina edib, yoxsa "Neftçi" ondan? - Yalan üzə çıxdı

7 Sentyabr 2023 11:00 Neftçi 4 420
O, "Neftçi"dən imtina edib, yoxsa "Neftçi" ondan? - Yalan üzə çıxdı

İtaliya mətbuatı Simeon Toçukvu Nvankvunun “Neftçi”nin təklifini qəbul etməməsi barədə xəbər paylaşıb.

Yerli fanatik.com.tr saytı iddia edib ki, “Salernitana”nın forvardı karyerasını Türkiyədə davam etdirmək istədiyindən, bu addımı atıb.

31 yaşlı nigeriyalı “Neftçi” ilə yanaşı, PAOK-a (Yunanıstan) keçmək variantıyla razılaşmayıb. “Ankaragücü” və “Konyaspor” dan təklif alan Simeon Superliqa təmsilçilərindən biri ilə anlaşmağı planlaşdırır.

Karyerası ərzində 385 oyunda 118 qol vuran Simeon Toçukvu Nvankvu, doğrudanmı, «Neftçi»nin dəvətini geri çevirib?

Paytaxt klubundan redaksiyamıza verilən məlumata görə, əsl həqiqət tam başqadır. Afrikalı legioner menecerlər vasitəsilə dəfələrlə xəbər göndərərək, Azərbaycana gəlmək istədiyini bildirib.

Baş məşqçi Adrian Mutu əvvəlcə bu varianta isti yanaşıb, lakin son anda ondan vaz keçib. Rumıniyalı nigeriyalının xarakteri ilə bağlı müəyyən informasiyalar əldə edib və bu, yekun qərarına təsir göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar