“Burada çox güclü komandalar var, amma “Neftçi” çempion olmalıdır”

6 Sentyabr 2023 21:20 Neftçi 2 695
“Burada çox güclü komandalar var, amma “Neftçi” çempion olmalıdır”

“Klubumuzda hər şey yüksək səviyyədədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.

Adrian Mutunun istəyi ilə “ağ-qaralar”la 2 illik müqavilə imzalayan braziliyalı legioner hədəflərinin çempionluq olduğunu vurğulayıb:

“Buna əsasən, birinci yerdə olmalıyıq. Addım-addım buna nail olacağıq. Məqsədimiz birinci yerdə olmaqdır.

Artıq Azərbaycan çempionatı haqda məlumatlıyam. Bütün klubları tanıyıram. Əksər oyunları izləyirəm, futbolçulara bələdəm.

Çempionatda çox güclü komandalar var. Birinci olmaq üçün əlimizdən gələni edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM