1 il "Neftçi"də - VİDEO

6 Sentyabr 2023 01:10 Neftçi 877
1 il "Neftçi"də - VİDEO

“Neftçi” yeni transferi Rizuan Mirzovla müqaviləsinin detallarını açıqlayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı sol vinger ilə 1 illik müqavilə bağlanıb.

30 yaşlı yarımmüdafiəçi komandanın heyətində 22 nömrəli formanı geyinəcək.

Reziuan Mirzov Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib.

2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.

“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez və hücumçu Aaron Olanare ilə anlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar