“Neftçi”dən 10-cu transfer - RƏSMİ AÇIQLAMA

6 Sentyabr 2023 00:40 Neftçi 1 842
“Neftçi”dən 10-cu transfer - RƏSMİ AÇIQLAMA

"Neftçi" Reziuan Mirzovun keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Hələlik 30 yaşlı rusiyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik "Spartak"ının yetirməsi olan futbolçu Moskvanın "Torpedo", Tulanın "Arsenal", Moskvanın "Spartak" və "Ximki" kimi klublarda oynayıb.

R.Mirzovun adı "Sabah"la da hallanırdı.

"Neftçi" bu yay Emil Balayev, Filip Ozobiç, Adrian Mutu (baş məşqçi), Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare, Dieqo Valdezi də transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM