Mutu “Neftçi”ni bu rayona apardı – Dörd günlük

5 Sentyabr 2023 17:20 Neftçi 1 520
Mutu “Neftçi”ni bu rayona apardı – Dörd günlük

Premyer Liqada yaranmış fasilədən istifadə edən “Neftçi” bu gün təlim-məşq toplanışına başlayır.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhərində təşkil olunacaq toplanış sentyabrın 9-dək davam edəcək.

Hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular, eləcə də bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, həmçinin fərdi məşğul olan Ömər Buludovdan başqa bütün oyunçular iştirak edəcəklər.

“Neftçi” Premyer Liqada növbəti matçını sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da “Araz-Naxçıvan”a qarşı keçirəcək. Komanda 5 turdan sonra 8 xalla turnir cədvəlində 3-cü yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM