Rusiyalı jurnalist “Neftçi “ilə anlaşan həmyerlisindən nə yazdı?

5 Sentyabr 2023 09:20 Neftçi 2 490
Rusiyalı jurnalist “Neftçi “ilə anlaşan həmyerlisindən nə yazdı?

Reziuan Mirzov bu gün “Neftçi” ilə müqavilə bağlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov məlumat yayıb.

Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi Bakı klubunda tibbi müayinədən uğurla keçib. Futbolçunun müqavilə müddəti 2023/2024 mövsümünün sonuna qədər olacaq.

Pleymeykerin “Ximki” ilə anlaşmasının müddəti bitdiyindən, “ağ-qaralar”a azad agent kimi keçəcək.

Reziuan Mirzov “Ximki”yə 2020-ci ildə Moskva “Spartak”ından keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM