"Neftçi"dən 1+1 illik yeni transfer – SON DƏQİQƏ

4 Sentyabr 2023 15:00 Neftçi 6 618
"Neftçi"dən 1+1 illik yeni transfer – SON DƏQİQƏ

«Neftçi» bu gün daha bir legionerlə münasibətlərini rəsmiləşdirib.

Paytaxt klubu “Spartak”ın sabiq futbolçusu Reziuan Mirzovu rənglərinə bağlayıb.

30 yaşlı hücumçu ilə müqavilə müddəti 1 ildir. Razılaşmaya görə, «ağ-qaralar» rusiyalı forvardın çıxışından məmnun qalarsa, kontrakt daha 1 il yenilənəcək.

O, karyerası ərzində “Spartak”(Nalçik), “Torpedo”(Moskva), “Terek”, “Rostov”, “Tosno”, “Arsenal”(Tula), “Spartak”(Moskva) və “Ximki”nin formasını geyinib.

Mirzov 3 aya yaxın idi ki, azad agent statusu daşıyırdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM